AZ

Xankəndidə şəhər günü münasibətilə möhtəşəm konsert FOTO

ain.az bildirir, Modern.az portalına istinadən.

Bu gün 20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü münasibətilə Xankəndi şəhərində təntənəli konsert proqramı təşkil olunub. Prezident İlham Əliyevin imzaladığı Sərəncama əsasən qeyd edilən bu əlamətdar gün xalqımızın qürur və zəfər tarixinin təcəssümü kimi böyük coşqu ilə qeyd edilir.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin verdiyi məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyi və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən konsert proqramında tanınmış incəsənət xadimləri, musiqiçilər və rəqs ansamblının kollekti çıxış edib.Tədbirə həm Xankəndidən, həm də ölkənin müxtəlif bölgələrindən minlərlə insan qatılıb.Şəhər meydanında qurulan səhnədə səslənən musiqilər, ifa olunan mahnılar.təqdim edilən rəqs nömrələri, Xankəndinin azad ruhunu əks etdirən konsert proqramı hər kəsdə böyük qürur və fərəh hissi, xoş ovqat yaradıb.

Bu gün Xankəndidə səslənən musiqi sədaları, həm də Azərbaycan xalqının zəfər iradəsinin, doğma torpaqlarımıza qayıdışının sədası idi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
5
modern.az

6Mənbələr