AZ

“Heç kim bilmir ki, sonda nə olacaq…” –ZELENSKİ

“Ukrayna müharibənin başa çatdırılması üçün “Koreya”, “fin” və ya başqa hər hansı modeli nəzərdən keçirmir. Bununla belə, ola bilər ki, müharibənin sonu ilə bağlı yekun sənəd imzalanmasın”.

Bunu Ukrayna Prezidenti Vladimir Zelenski jurnalistlərlə söhbət zamanı deyib.

Zelenskidən soruşulub ki, müharibənin sona çatdırılması üçün “Koreya” ssenarisi müzakirə olunurmu və atəşkəs razılaşması Ukrayna və Rusiyanın imzası olmadan Koreya nümunəsindəki kimi imzalana bilərmi?

“Heç kim “Koreya”, “fin” və ya başqa hər hansı modeli nəzərdən keçirmir və heç kim bilmir ki, sonda nə olacaq. Amma biz bilirik ilk addım hansı olacaq. Biz bilirik ki, hansı təhlükəsizlik zəmanətləri bizim üçün vacibdir. Elə zəmanətlər ki, rusların yeni aqressiya ilə geri dönməsinə imkan verməsin. Əgər imkan olsa belə, onlar müqavimətlə üzləşəcəklər. Həqiqi müqavimətlə”, – deyə dövlət başçısı bildirib.

O vurğulayıb ki, Ukraynanın tarixi Cənubi və Şimali Koreyadan fərqlidir.

“Elə ola bilər ki, müharibənin başa çatması barədə yekun sənəd olmasın. Ona görə də deyilir ki, təhlükəsizlik zəmanətləri müharibənin sonunu gözləməməlidir”, – Zelenski əlavə edib.

AzPost.az

Seçilən
10
6
azpost.info

9Mənbələr