AZ

"Liverpul" "Everton"u məğlub etdi

İngiltərə Premyer Liqasının beşinci turu çərçivəsində "Liverpul" doğma meydanda "Everton"la qarşılaşıb.

Demokrat.az xəbər verir ki, qarşılaşma "mersisaydlılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahiblərinin heyətində Qranverberk (10-cu dəqiqədə) və Etkitik (29-cu dəqiqədə) fərqləniblər. Qonaqların yeganə qolunu isə 58-ci dəqiqədə İdrissa Qeye vurub.

Bu qələbə ilə "Liverpul" xallarının sayını 15-ə çatdırıb və hazırda birinci yerdə qərarlaşıb.

Seçilən
13
3
demokrat.az

4Mənbələr