AZ

Paşinyandan ermənilərə Ağrı dağı DƏRSİ

Ermənistanın Baş naziri Nikol Paşinyan uşaqların Ağrı dağının coğrafi yerləşməsinə təəccüblənməsi ilə bağlı hekayə danışıb.

Publika.az xəbər verir ki, siyasətçinin sözlərindən "Ateo Breaking" "Telegram" kanalı sitat gətirib.

Paşinyan bildirib ki, tonqal ətrafında bir qrup uşağa yaxınlaşaraq Ermənistanın ən hündür dağı barədə soruşub.

"Uşaqların 70%-i Ararat (əsl adı: Ağrı dağı)deyə cavab verdi. Onlar hətta Araratın Ermənistanda olmadığını bilmirlər. Hətta bizimlə ünsiyyətdə olan bir çox ermənilər də bunu bilmirlər, çünki biz belə danışırıq", - o izah edib.

Paşinyan vurğulayıb ki, Araratın Türkiyədə yerləşməsi barədə məlumatsızlıq hətta böyüklər arasında da geniş yayılıb.

Seçilən
34
4
publika.az

5Mənbələr