AZ

Goranboyda daha bir ailə faciəsi

Goranboyda qadın öldürülüb.

KONKRET.az xəbər verir ki, Goranboy rayonunun Hazırəhmədli kənd sakini 36 yaşlı İ. Tağıyeva kəsici-deşici alətlə qətlə yetirilib.

Rayon Polis şöbəsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 38 yaşlı həyat yoldaşı Maşallah Əliyev saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Xatırladaq ki, bu gün Goranboyda daha bir bıçaqlanma hadisəsi törədilib. Zaqatala rayon sakini 1996-cı il təvəllüdlü Fatimə Ömərova bıçaqlanıb. Hadisəni törətməkdə şübhəli bilinən keçmiş həyat yoldaşı, Goranboy şəhər sakini 1987-ci il təvəllüdlü Babakişi Abdullayev saxlanılıb.

Seçilən
22
2
konkret.az

3Mənbələr