AZ

Əlverişsiz hava şəraitində bu nəqliyyat vasitələrindən istifadə təhlükəlidir – Xəbərdarlıq


Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) əlverişsiz hava şəraitində ikitəkərli nəqliyyat vasitələrindən istifadə ilə bağlı sürücülərə xəbərdarlıq edib.
BDYPİ-dən Yeniavaz.com-a bildirilib ki, yağıntılı və küləkli hava zamanı skuter, moped, velosiped və digər ikitəkərli nəqliyyat vasitələrinin idarə olunması ciddi risk daşıyır. Yol örtüyünün sürüşkənliyi, görmə imkanlarının məhdudlaşması, küləyin təsiri və balansın tez itirilməsi qəza ehtimalını dəfələrlə artırır.
Qeyd olunub ki, belə şəraitdə yola çıxmaq həm sürücülərin özləri, həm də digər hərəkət iştirakçıları üçün təhlükə yaradır. İkitəkərli nəqliyyat vasitələrinin sürücüləri qəza zamanı ən çox xəsarət alan qruplardan hesab olunur. Buna görə də güclü yağış, külək və zəif görmə şəraiti müşahidə edilən hallarda onların istifadəsi tövsiyə edilmir.
Seçilən
16
12
yeniavaz.com

10Mənbələr