Musavat.com xəbər verir ki, bu barədə UNİAN məlumat yayıb.
Onların sözlərinə görə, günəşin onilliklər ərzindəki sakitlikdən sonra "oyanması" müşahidə olunur.
NASA-nın məlumatına əsasən, 2008-ci ildən bəri günəş küləyinin sürəti, sıxlığı, temperaturu və təzyiqi davamlı olaraq artır.
Mütəxəssislər 2025-2026-cı illərdə günəş aktivliyinin pik həddə çatacağını bildirirlər.
Bu isə bir sıra risklər yarada bilər:
Elektrik şəbəkələrinin sıradan çıxması və elektrik enerjisinin kəsilməsi;
Rabitə, GPS və peyklərdə fasilələr;
Astronavtlar üçün radiasiya riskinin artması;
Şimal işıqlarının (Aurora borealis) adi haldan daha cənubda görünməsi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31