Naxçıvan, 20 sentyabr, AZƏRTAC
Qəzaya düşən avtobus Naxçıvan-Bakı istiqamətində hərəkət edən sərnişin avtobusu olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumata görə, qəza nəticəsində 15 sərnişin və 1 nəfər avtobus sürücüsü xəsarət alıb.
Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər.
17:23
Naxçıvanda ağır qəza baş verib, 15-dən çox yaralı var.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Avtobus dərəyə aşıb, qəza nəticəsində çoxlu sayda yaralı var.
Hadisə yerinə polis və FHN əməkdaşları cəlb olunub.