AZ

Avropa Mobillik Həftəsi çərçivəsində veloyürüş keçirilib

ain.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 20 sentyabr, AZƏRTAC

“Avropa Mobillik Həftəsi” çərçivəsində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA), Azərbaycan Velosiped Federasiyası və “APAR” şirkətinin təşkilatçılığı ilə veloyürüş keçirilib.

AYNA-dan AZƏRTAC-a bildirilib ki, məqsəd ekoloji nəqliyyat vasitəsi olan velosipedin təbliğini aparmaq və ətraf mühitin qorunmasına töhfə verməkdir.

İştirakçılar Parlament və Hüseyn Cavid prospektlərində salınan mikromobillik zolaqlarının imkanlarından yararlanıblar. Şəhidlər xiyabanından başlanan veloyürüş Hüseyn Cavid parkında yekunlaşıb. Tədbir iştirakçılarına sertifikatlar təqdim olunub və onlar sentyabrın 21-də təşkil ediləcək “Avtomobilsiz gün”ə dəvət olunublar.

Qeyd edək ki, “Avropa Mobillik Həftəsi” Avropa Komissiyasının dayanıqlı şəhər hərəkətliliyi mövzusunda maarifləndirmə kampaniyasıdır. AYNA Bakı şəhərində “Avropa Mobillik Həftəsi”nə müraciət edib və namizədliyi uğurla təsdiqlənib. Bu istiqamətdə 16-22 sentyabr tarixlərində davamlı hərəkətliliyə yönələn tədbirlər keçirilir və “Avtomobilsiz gün” ilə yekunlaşır.

Xatırladaq ki, “Avtomobilsiz gün” sentyabrın 21-də Məhəmməd Naxçıvani küçəsində təşkil olunacaq. Burada müxtəlif zonalarda operatorlar tərəfindən velosiped və skuterlər nümayiş etdiriləcək, əhali üçün test sürüşləri və təlimlər keçiriləcək. “Nəqliyyat və ətraf mühit” mövzusunda keçirilən rəsm müsabiqəsi qaliblərinin işləri sərgilənəcək. Asfalt üzərində uşaqların rəsm çəkmək bacarıqları yoxlanılacaq. Hər kəs bu tədbirə dəvətlidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
5
azertag.az

6Mənbələr