AZ

Qismət Alıyevin 150-ci oyunu

Misli premyer-liqasının 5-ci turu “Zirə”nin futbolçusu Qismət Alıyev üçün əlamətdar olub.
.
"Football-plus.az" xəbər verir ki, o, paytaxt təmsilçisinin heyətində 150-ci çempionat oyununu keçirib.

Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Alıyev 150 oyunda 12 qola imza atıb. Qismətin klubdakı debütü 2020/21 mövsümündə baş tutub. O, 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Qismət ölkə çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.

Seçilən
14
4
football-plus.az

7Mənbələr