AZ

“Vlahoviçin yeganə çatışmazlığı yüksək maaşıdır”

İtaliya millisinin sabiq hücumçusu Luka Toni “Yuventus”un forvardı Duşan Vlahoviç barədə fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, "Football Italia" sabiq futbolçunun dediklərini belə çatdırıb.

“Düşünürəm ki, Vlahoviçə aid edilə biləcək yeganə “çatışmazlıq” onun çox yüksək maaş almasıdır. Amma bu, onun günahı deyil. Əgər klub ona belə müqavilə veribsə, deməli, o vaxt “Yuventus” onun buna dəyər olduğunu hesab edib. Aydındır ki, cərimə meydançasından kənarda oyununu yaxşılaşdırmalıdır, amma cərimə meydançası daxilində onun kimilər çox azdır. Mən onun mövsümə yaxşı başlamasından məmnunam, həmçinin müsahibələrdə və digər məsələlərdə göstərdiyi təvazökarlığı bəyənirəm”

Qeyd edək ki, 25 yaşlı serbiyalı futbolçu 2022-ci ildən Turin klubunda çıxış edir. Vlahoviç bu mövsüm klub səviyyəsində 4 matçda 4 qol vurub və 1 məhsuldar ötürmə edib. “Yuventus” A Seriyada keçirdiyi ilk 3 oyunun hamısında qalib gələrək hazırda ikinci pillədə qərarlaşıb.

Seçilən
19
90deqiqe.az

1Mənbələr