Rusiya müharibənin 1305-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.
“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 667 təyyarəsi, 283 helikopteri, 85 418 PUA-sı, 628 zenit-raket kompleksi, 25 188 tank və digər zirehli texnikası, 1 592 reaktiv yaylım atəş sistemi, 29 749 artilleriya və minaatanı, 42 244 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.