Dünən Şamaxıda və Zirədə keçirilən oyunlarla Misli premyer-liqasında 5-ci tura start verildi.
Turun son 4 matçı bu gün və sabah olacaq. Bütün görüşlər “CBC Sport”un efirində canlı yayınlanacaq.
Misli premyer-liqası
1-ci dövrə, 5-ci tur
20 sentyabr
Qəbələ - Kəpəz 1:0
Adriel Ba Loua, 44
“Qəbələ”nin bu rəqiblə ev oyunlarının balansı: 14:+6=4-4, 16:12.
2010/11 – 0:0, 1:1; 2011/12 – 2:0; 2012/13 – 2:0; 2015/16 – 1:0, 1:2; 2016/17 – 2:0, 2:1; 2017/18 – 0:2, 3:0; 2022/23 – 1:1, 1:1; 2023/24 – 0:3; 0:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 50-30-20.
Hakimlər: KAMAL UMUDLU, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev.
VAR hakimi: Nicat İsmayıllı.
VAR hakiminin köməkçisi: Şirməmməd Məmmədov.
Hakim-inspektor: Rəhim Həsənov.
AFFA nümayəndəsi: Asif Əliyev.
Qəbələ, şəhər stadionu. Saat 17.00.
Düzdü, bəlkə də belə danışmaq üçün tezdi. Bəzi baş məşqçilər demişkən, mövsüm hələ yeni başlayıb. Yenə də “Qəbələ” – “Kəpəz” matçının hadisələrin axarına böyük ölçüdə təsir edəcəyini iddia etmək mümkündü. Hər halda, söhbət autsayderlərin duelindən gedir. “Qırmızı-qaralar” qalib gəlsə, sonuncu pillədəki rəqibindən 4 xal önə keçəcək. “Kəpəz” qələbə qazanacağı təqdirdə isə sonuncu pillədən xilas olmaqla yanaşı, ardıcıl uğursuzluqların təsirindən bir qədər yaxa qurtara biləcək. Əlbəttə, ilk 4 tur“qırmızı-qaralar”ın daha şanslı olduğunu deməyə əsas verir. Ancaq turnir cədvəlindəki vəziyyəti nəzərə alsaq, Gəncə təmsilçisi, demək olar ki, sonuncu yolayrıcında olduğunu da dərk etməlidi, Kaxaber Sxadadzenin komandasının təslim olmaq istəməyəcəyini də.
Bu komandalar indiyə qədər 28 dəfə qarşılaşıb. Bunların 11-də “Qəbələ”, 9-da “Kəpəz” qalib gəlib, 8-də “sülh” qeydə alınıb. Topların nisbətində “qırmızı-qaralar” öndədi – 34:27.
Sabah – Turan Tovuz
“Sabah”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+2=2-2, 8:10.
2022/23 – 3:1, 0:2; 2023/24 – 0:3, 1:1; 2024/25 – 2:2, 2:1.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 40-30-30.
Hakimlər: RƏVAN HƏMZƏZADƏ, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamranbəy Rəhimov.
VAR hakimi: Rəşad Əhmədov.
VAR hakiminin köməkçisi: Əli Əliyev.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı, “Bank Respublika Arena”. Saat 19.30.
Masazırda mövsümə uğursuz başlayan “Sabah”la hələ ki çempionluq iddiasına uyğun performans sərgiləyən “Turan Tovuz” üz-üzə gələcək. Bəllidi ki, xal itkiləri “bayquşlar”ı aşağı pillələrdə qərarlaşmağa məcbur edib. Ancaq onların ən qısa zamanda toparlanacağı və iddiasına uyun çıxış edəcəyi gözlənilir. “Bozqurd”un xal itirmək şansı isə minimuma bərabərdi. Hər halda, tovuzlular gözü yuxarı sıralarda olan rəqiblərin sayının çoxluğundan xəbərdardı. Bu üzdən “Sabah”la matçda yalnız qələbəyə köklənmək lazımdı. İş ondadı ki, “bayquşlar” “bozqurd” üçün təhlükəli rəqibdi. Azı ona görə ki, “Turan Tovuz” Masazırda keçirdiyi son üç matçda qələbəyə həsrət qalıb.
Bu komandalar indiyə qədər 12 dəfə üz-üz gəlib. Bunların 5-də “Sabah”, 4-də “Turan Tovuz” qələbə qazanıb, 3-də qalib müəyyənləşməyib. Topların nisbətində “bozqurd” öndədi – 17:16.
Araz-Naxçıvan – Qarabağ
“Araz-Naxçıvan”ın bu rəqiblə ev oyunlarının balansı: 6:+3=1-2, 11:13.
2000/01 – 2:1; 2001/02 – 3:2; 2023/24 – 2:1, 2:2; 2024/25 – 1:4, 1:3.
Cəzalı: yoxdu.
“Futbol+”in proqnozu: 30-30-40.
Hakimlər: ƏLİYAR AĞAYEV, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev.
VAR hakimi: Fərid Hacıyev.
VAR hakiminin kömkçisi: Kamran Əliyev.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Bakı, “Liv Bona Dea Arena”. Saat 17.00.
Cari mövsümdə hələ uduzmayan komandalardan biri olan "Araz-Naxçıvan" ölkəmizi Çempionlar Liqasında uğurla təmsil etsə də, premyer-liqada işləri yolunda getməyən "Qarabağ"ı qəbul edəcək. Və Elmar Baxşıyevin rəhbərliyi altında meydana çıxan Muxtar Respublika təmsilçisi daha bir qələbə qazanmaq şansına malikdi. Ona görə ki, Portuqaliyadan yorğun qayıdan "köhlən atlar"ın bu matçda büdrəmək ehtimalı az deyil. "Sumqayıt"la "Zirə"nin Ağdam təmsilçisinin durumundan yararlana bildiyini nəzərə alsaq, "qırmızı-ağlar"ın da bunu bacarması sürpriz sayılmayacaq. Hər halda, təkcə onlar yox, xeyli komanda "Qarabağ"ın sıx qrafikinin fəsadlarından bəhrələnmək arzusundadı. Bəs "Araz-Naxçıvan" bundan yararlana biləcəkmi? Əlbəttə, Qurban Qurbanovun və komandasının belə vəziyyətlərdən çıxış yolu tapmaqda ustalaşdığını vurğulamaqda fayda var...
Bu komandalar indiyə qədər 12 dəfə qarşılaşıb. Bunların 3-də "qırmızı-ağlar", 8-də "köhlən atlar" qələbə qazanıb, 1-də "sülh" qeydə alınıb. Topların nisbətində "köhlən atlar" öndədi - 26:13.
Sumqayıt - Neftçi
“Sumqayıt”ın bu rəqiblə ev oyunlarının balansı: 25:+9=4-12, 28:34.
2011/2012 – 0:3; 2012/13 – 3:2; 2013/14 – 1:2, 2:0; 2014/15 – 0:1, 0:1; 2015/16 – 1:2, 2:1; 2016/17 – 2:0, 2:0; 2017/18 – 1:0, 2:0; 2018/19 – 0:2, 1:2; 2019/20 – 2:4; 2020/21 – 0:0, 0:1; 2021/22 – 1:1, 0:2; 2022/23 – 2:2, 0:4. 2023/24 – 0:1, 2:1; 2024/25 – 2:0, 2:2.
Cəzalı: İqor Ribeyro (Neftçi).
"Futbol+"in proqnozu: 40-30-30.
Hakimlər: ELÇİN MƏSİYEV, Elşad Abdullayev, Pərvin Talıbov, Əkbər Əhmədov.
VAR hakimi: Tural Qurbanov.
VAR hakiminin köməkçisi: Asiman Əzizli.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Sumqayıt, Mehdi Hüseynzadə adına şəhər stadionu. Saat 19.30.
Bilindiyi kimi, "Sumqayıt" AFFA İntizam Komitəsinin məlum qərarı sayəsində meydandakı məğlubiyyətə rəğmən, xal ehtiyatını artırdı. İndi "kimyaçılar" üçün toparlanmaq və mövqeyini qorumaq vaxtıdı. O başqa məsələ ki, avrokuboklar uğrunda mübarizə aparan komandanın bundan başqa yolu da yoxdu. Axı Saşa İliçin bilik və bacarığı, kollektivin təcrübəsi, əzmkarlığı işə yaramasa, hədəfə çatmaq çətin olacaq... Bunun üçün şans da var. "Neftçi" hələ mövsümdə ilk qələbəsini qazana bilməyib. Samir Abasovun rəhbərliyi altında autsayderlər sırasında qərarlaşan "ağ-qaralar" rəqibi oyununa görə üstələdiyi hallarda belə qələbəyə qovuşa bilmir. Odu ki, meydan sahibləri qonaqların psixoloji təzyiq altında olmasından da yararlanacaq.
Bu komandalar indiyə qədər 51 dəfə qarşılaşıb. Bunların 15-də "Sumqayıt", 24-də "Neftçi" qələbə qazanıb, 12-də qalib müəyyənləşməyib. Topların nisbətində paytaxt təmsilçisi öndədi - 77:56.
1. Zirə 5 3 2 0 11-4 11
2. Sumqayıt 4 3 1 0 8-1 10
3. Araz-Naxçıvan 4 3 1 0 7-3 10
4. Turan Tovuz 4 3 0 1 4-2 9
5. İmişli 5 2 1 2 4-4 7
6. Şamaxı 5 1 2 2 7-6 5
7. Qarabağ 3 1 1 1 3-2 4
8. Sabah 3 1 1 1 2-2 4
9. Karvan-Yevlax 5 1 1 3 4-11 4
10. Neftçi 4 0 3 1 1-2 3
11. Qəbələ 4 0 1 3 3-6 1
12. Kəpəz 4 0 0 4 2-13 0
KƏNAN BAHADIR
Bu komandaların duelləriylə bağlı maraqlı məqamlar
// “Kəpəz” son üç qarşılaşmada qol vurub. Gəncə təmsilçisi son 4 səfərdə xal qazanıb.
// “Turan Tovuz” son 8 matçda qol vurub. Son 4 görüşdə hər iki komanda qol sevinci yaşayıb.
// “Qarabağ” son 4 oyunda xal itirməyib. Ağdam klubu bütün matçlarda qol vurub.
// “Sumqayıt” son üç ev görüşünün hərəsində 2 qol vurub. “Neftçi” bu üç səfərdə qalib gəlməyib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta