AZ

Flik Qavi ilə bağlı son durumu açıqladı

"Barselona”nın baş məşqçisi Hans-Diter Flik komandanın yarımmüdafiəçisi Qavi barədə açıqlama verib.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Mən ümid edirəm ki, onu tezliklə yenidən meydanda görəcəyik. Onun bərpası ilə bağlı qərar qəbul etməliyik. Bu, sabah və ya bazar ertəsi baş verəcək. Gələn həftə onun durumuna dair daha çox məlumat olacaq”

Xatırladaq ki, mövsümün ilk oyunlarından sonra 21 yaşlı futbolçu dizində narahatlıq hiss edib. Hazırda o, konservativ müalicə alır. Əgər bu müalicə nəticə verməsə, əməliyyat qərarı qəbul ediləcək.

Qavi cari mövsümdə La Liqada 2 oyun keçirib və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
19
90deqiqe.az

1Mənbələr