AZ

Silvestr Stallonedən “Rambo”nun davamı üçün maraqlı ideya

Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Hollivud ulduzu Silvestr Stallone əfsanəvi “Rambo” salnaməsinin davamı üçün öz ideyasını açıqlayıb.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, 79 yaşlı aktyor bunun üçün süni intellektdən istifadə etməyi planlaşdırıb.

Stallone müasir texnologiyalarla həqiqi bir eksperiment üzərində düşünürdü. Süni intellekt vasitəsilə aktyor yenidən gənclik halına “qayıtmalı” idi. Lakin bu ideya hamı tərəfindən birmənalı qarşılanmayıb.

“Hamı elə düşündü ki, mən dəli olmuşam. Süni intellekt o qədər mükəmməldir ki, Sayqona gedib onu 18 yaşında görə və əsasən eyni görüntüdən istifadə edə bilər. Buna görə də bu, elə də böyük bir şişirtmə deyil”, — deyə Silvestr bildirib.

Stallonenin ideyası rədd edilsə də, “Rambo” filmlər seriyası yenə də davam edəcək. 79 yaşlı aktyoru 29 yaşlı Noy Sentineo əvəz edəcək. O, “Çarlinin mələkləri”, “Qara Adam” filmlərində və “Netflix”in “Şantaj” serialında rolları ilə tanınır. Yeni filmin süjeti gənc Con Rambonun həyatına fokuslanacaq və Vyetnam müharibəsi dövründə baş verən hadisələri əhatə edəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
lent.az

1Mənbələr