AZ

“Barselona” Markos Raşfordun transfer hüququna sahib çıxmaq istəyir

“Barselona” “Mançester Yunayted”in hücumçusu Markos Reşfordun transferi ilə bağlı danışıqlar aparır.

90deqiqe.Az-ın "TBR Football"a istinadən məlumatına görə, Kataloniya klubu ingilis futbolçunu yanvar ayında təxminən 23 milyon avro almaq variantını nəzərdən keçirir. “Qırmızı şeytanlar”ın isə qışda tam transferə razılıq verib-verməyəcəyi hələlik məlum deyil.

“Barselona” mövsümün sonunda Reşfordu 29,9 milyon avroya almaq imkanına malikdir, lakin rəhbərlik daha münasib qiymətə qışda bu keçidi reallaşdırmaq istəyir. Bunun üçün klub bəzi futbolçularını satmağı da planlaşdırır.

Xəbərdə vurğulanır ki, “Barselona” Reşfordun komandaya sürətli uyğunlaşmasından məmnundur. O, yayda icarə əsasında kataloniyalılara qoşulub, bütün turnirlərdə 5 oyunda 2 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Transfermarkt” portalının məlumatına görə, futbolçunun bazar dəyəri 50 milyon avrodur.

Seçilən
25
90deqiqe.az

1Mənbələr