AZ

İsrail tankları Suriyaya GİRDİ: Əməliyyat başladı

İsrail qüvvələri Suriyanın cənubundakı Quneytra əyalətinə daxil olaraq Samdaniyah kəndində təmizləmə əməliyyatı keçirib.

Musavat.com xəbər verir ki, bu barədə Suriya dövlət televiziyası məlumat yayıb.

Məlumatda bildirilir ki, İsrail ordusunun mexanikləşdirilmiş patrulu kəndin girişində nəzarət-buraxılış məntəqəsi qurub, bir neçə mülki avtomobildə isə axtarış aparıb.

Bundan başqa, sentyabrın 19-da axşam saatlarında dörd zirehli maşından ibarət İsrail karvanı Suriyanın Dəra əyalətinə daxil olaraq reyd keçirib.

Xatırladaq ki, sentyabrın 12-də Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şaraa Dəməşqin İsrailin cənub bölgələrinə hücumlarına son qoymağa çalışdığını bəyan edib. O, yaxın günlərdə iki ölkə arasında təhlükəsizlik sazişinin imzalana biləcəyini də istisna etməyib. Şaraanın sözlərinə görə, saziş 1974-cü ildə Suriya və İsrail qüvvələrinin Colan təpələrindən geri çəkilməsinə dair əldə olunan razılaşmaya bənzəyə bilər.

Musavat.com

Seçilən
29
musavat.com

1Mənbələr