Misli Premyer Liqasında V turun oyunları keçirilir.
Offsideplus.az xəbər verir ki, günün ilk matçında "Qəbələ" "Kəpəz"i qəbul edəcək.
Hər iki komanda çox da yaxşı günlərini keçirmir. "Qırmızı-qaralar" 1 xalla 11-ci yerdədir.
Gəncə təmsilçisi isə hələ xal qazana bilməyib.
Tərəflər bugünkü matçda ilk qələbəsini qazanmağa çalışacaq.
Misli Premyer Liqası, V tur
20 sentyabr (şənbə)
17:00. “Qəbələ” – “Kəpəz” 1:0 (fasilə)
Qol: Adriel Ba Loua, 44
Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Teymur Teymurov, Emin Əliyev
VAR: Nicat İsmayıllı
AVAR: Şirmamed Mamedov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, dünən baş tutan oyunlarda "İmişli" "Karvan-Yevlax"ı 3:0, "Zirə" isə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.