AZ

Ermənistanın iqtisadiyyat naziri "Tramp yolu"nu müzakirə etmək üçün ABŞ-a dəvət olunub

Ermənistanın iqtisadiyyat naziri “Tramp yolu” layihəsini müzakirə etmək üçün ABŞ-a dəvət olunub.

APA xəbər verir ki, bu barədə Ermənistanın İqtisadiyyat naziri Qevorg Papoyan bu gün keçirilən brifinqdə "Azadlıq Radiosunun" erməni xidmətinin sualına cavab olaraq bildirib.

Onun sözlərinə görə, “Tramp yolu” layihəsinin detalları Ermənistan və ABŞ nümayəndə heyətləri arasında keçiriləcək danışıqlar zamanı dəqiqləşdiriləcək.

Seçilən
40
10
apa.az

10Mənbələr