AZ

Junior “Zirə”nin 500-cü qolunu vurub

“Zirə” 500-cü qolunu vurub.

Publika.az PFL-ə istinadən xəbər verir ki, klub tarixinin yubiley topu Azərbaycan Premyer Liqasının V turunun “Şamaxı” ilə ev matçına təsadüf edib.

Bu görüşdə Bakı klubunun bərabərlik qoluna imza atan Martins Junior “Zirə”nin 500-cü qolun müəllifi olub. Braziliyalı dubl müəllifi olmaqla bu rəqəmi 501-ə çatdırıb.

Qəsəbə təmsilçisi Premyer Liqada 368, ölkə kubokunda 59, birinci divizionda 55, avrokuboklarda 19 qol vurub. Evdə 273, səfərdə 226 dəfə fərqlənən komandamız neytral meydanlarda 2 dəfə sevinib.

Seçilən
28
8
publika.az

9Mənbələr