1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İngiltərə Premyer Liqasının beşinci turu çərçivəsində "Liverpul" doğma meydanda "Everton"la qarşılaşıb.
Oxu.Az xəbər verir ki, qarşılaşma "mersisaydlılar"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Qranverberk (10-cu dəqiqədə) və Etkitik (29-cu dəqiqədə) fərqləniblər. Qonaqların yeganə qolunu isə 58-ci dəqiqədə İdrissa Qeye vurub.
Bu qələbə ilə "Liverpul" xallarının sayını 15-ə çatdırıb və hazırda birinci yerdə qərarlaşıb.
"Everton" isə yeddi xalla yeddinci pillədədir.