AZ

Mark Qehi “Real Madrid”də oynamaq istəyir

“Kristal Pelas”ın mərkəz müdafiəçisi Mark Qehi yayda “Liverpul”a mümkün transferi baş tutmadıqdan sonra menecerlərinə Madrid “Real”ına keçmək arzusunu bildirib.

90deqiqe.Az-ın "Mirror"a istinadən məlumatına görə, 25 yaşlı futbolçu İspaniya nəhənginin heyətində oynamaq perspektivindən ilhamlanıb və “Real” onunla danışıqlara başlamağa hazırdır. Üstəlik, Qehini “Kral klubu” pulsuz transfer edə bilər, çünki onun London təmsilçisi ilə müqaviləsi 2026-cı ilin yayında başa çatır.

Bundan əvvəl mətbuatda “Liverpul”un digər müdafiəçisi İbrahima Konatenin də müqaviləsinin başa çatacağı gələn yay “Real Madrid”ə keçmək istədiyi barədə xəbərlər yayılmışdı.

Cari mövsümdə Qehi bütün turnirlərdə 8 oyunda meydana çıxıb və 1 qola imza atıb. “Transfermarkt” portalının məlumatına əsasən, futbolçunun bazar dəyəri 45 milyon avro təşkil edir.

Seçilən
12
90deqiqe.az

1Mənbələr