AZ

“Liverpul” derbidə qələbə qazandı

İngiltərə Premyer Liqasının 2025/2026 mövsümünün 5-ci turunda “Liverpul” və “Everton” qarşılaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Enfild” stadionunda keçirilən Merseysayd derbisində meydan sahibləri 2:1 hesabı ilə qalib gəlib.

Matçın 10-cu dəqiqəsində “Liverpul”un yarımmüdafiəçisi Rayan Qravenberx Məhəmməd Salahın ötürməsindən sonra hesabı açıb. 29-cu dəqiqədə isə yeni transfer Uqo Ekitike Qravenberxin ötürməsini dəqiq zərbə ilə tamamlayaraq fərqi iki topa çatdırıb. 58-ci dəqiqədə “Everton”un dayaq yarımmüdafiəçisi İdrissa Qeye hesab arasındakı fərqi azaltsa da, komandasını xilas edə bilməyib.

Beş oyunda 15 xal toplayan “Liverpul” turnir cədvəlinin zirvəsində qərarlaşıb. “Everton” isə 7 xalla 7-ci pillədə yer alır.

Seçilən
12
90deqiqe.az

1Mənbələr