AZ

Pol Kaqame: "Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var"

Ruanda və Azərbaycan arasında bir çox oxşarlıqlar var. Hesab edirəm ki, biz bu oxşarlıqları daha da inkişaf etdirə, əməkdaşlığı və tərəqqini daha da artıra bilərik.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Ruanda Prezidenti Pol Kaqame Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatı zamanı deyib.

“Biz artıq baş vermiş bir çox səfərləri, səyləri, müzakirələri və anlaşmaları rəhbər tutacağıq. Bunu hökumət rəsmilərinizin artıq bir neçə dəfə baş tutmuş mübadilə səfərləri və Bakıya səfər etmiş nümayəndələrimizin sayəsində edəcəyik”, - deyə o əlavə edib.

"Cebheinfo.az" 

Seçilən
25
23
cebheinfo.az

10Mənbələr