AZ

“Bu, Xankəndidə mədəniyyətin dirçəlməsinə səbəb olacaq”

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

“Bu tədbirlər Xankəndidə mədəniyyətin dirçəlməsinə səbəb olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri mədəniyyət nazirinin müavini Fərid Cəfərov deyib. 

O Xankəndi şəhəri günü münasibətilə bağlı fikirlərini bölüşüb: “Bildiyimiz kimi, Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Bu tədbirlər ilk olaraq Xankəndi Konqres Mərkəzində “Xocalı obyektivin gözü ilə” fotosərgi ilə başlayıb. Bu fotosərgidə həm Qarabağ həm də, Şərqi Zəngəzurda mədəniyyətimizi, tariximizi və təbiətimizi əks etdirən fotoların nümayişi olub. Eyni zamanda Qarabağ Universitetində “Arşın mal alan” operattasının təqdimatı keçirilib. Bu da əlamətdar hadisədir. Konsert proqramları ilə günümüz davam edir”.

Fərid Cəfərov həmçinin qeyd edib ki, bu gün bir neçə tarixi əlamətdar hadisə üst-üstə düşür: “İki il əvvəl ölkə prezidenti və ordunun rəhbərliyi ilə bütün ərazilərdə dövlət suverenliyi tam bərpa olunub. Bu gün həmin hadisə ilə bağlı olaraq rəsmi şəkildə Suverenlik Günü kimi qeyd edilir. Cari il isə Prezident tərəfindən “Dövlət Suverenlik və Konstitusiya ili” elan olunub. Buna görə də əhəmiyyətli hadisələrdir”.

Fidan Etibar

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
qafqazinfo.az

1Mənbələr