AZ

Türkiyə NATO-dan üz çevirir? — Rezonans yaradan TƏKLİF

“Türkiyənin Çin və Rusiya ilə ittifaq qurması real deyil".

Bunu Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib. O bildirib ki, Türkiyə 72 ilə yaxındır ki, NATO üzvüdür:

“Bu ittifaqın ən önəmli üzvlərindən biridir. Türkiyənin siyasəti qonşularla normal münasibət və Qərblə inteqrasiya siyasətidir. Türkiyənin ticarət dövriyyəsinin əhəmiyyətli hissəsi məhz Qərb blokuna düşür, ixracatın da əhəmiyyətli hissəsi Qərb ölkələrinə və ABŞ-a edilir. Belə bir ittifaqın olması hazırda mümkün görünmür.

Rusiya və Çin hazırda ortaq hərəkət etsələr də, münasibətləri hələ tam aydın deyil. Çin ikinci qlobal güc olaraq çıxış edir, Rusiya isə digər ölkələri ətrafında görmək istəyir. Çinin hazırda Türkiyə ilə münasibətlərə ehtiyacı olsa da, hər hansı bir ittifaqın olması mümkün deyil. Yaxın perspektivdə bu, real deyil. Ərdoğanın ABŞ səfərindən öncə belə bir təklifin səsləndirilməsi bir növ mesaj xarakteri də daşıya bilər".

Qeyd edək ki, Türkiyə Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalı Türkiyənin Çin və Rusiya ilə birgə ittifaqa girməsini təklif edib.

Cavidan Mirzəzadə
Demokrat.az
Seçilən
21
1
demokrat.az

2Mənbələr