1988 ci ildə Azərbaycanda milli azadlıq hərəkatının başlanmasından narahat olan Moskvadakı siyasi dairələr hələ 1923 cü ildə yaradılan və əslində gələcək geopolitik siyasətin parçası olan Dağlıq Qarabağ Muxtar Vilayəti məsələsindən istifadə etməyə başladılar.
İlk öncə DQMV nə üçün yaradılmışdı?
məsələsinə baxaq
1920 ci ildə AXC nin Qırmızı Ordu tərəfindən işğalından sonrakı illərdə Zəngəzur, Göyçə, Borçalı və Qarayazı kimi bölgələr Ermənistan və Gürcüstana hissə hissə verilməyə başladı.
97,3 min kv km lik Azərbaycan ərazisi 86,6 kv km ə dək endirildi.
Türkiyə və Azərbaycan arasında bufer zona yaratmaq üçün Zəngəzur bölgəsi Ermənistana hədiyyə edilmiş, burada etnik milli kimlik göstəriciləri kütləvi erməni köçürülmələri ilə Azərbaycan Türk əhalinin əleyhinə dəyişdirildi.
Qarabağa isə hələ 1813 və 1829 cu illərdə köçürülən ermənilər üçün isə 1923 cü ilin iyulun 7 i DQMV yaradıldı.
Bu muxtar vilayət böyük planın bir hissəsi idi : Azərbaycanda nə vaxtsa azadlıq hərəkatı baş qaldırarsa və müstəqillik əldə edilərsə, həmin ərazi dairəsindəki ermənilərdən separatçı məqsədlər üçün istifadə edərək bu hürriyyət prosesinin qarşısını almaq ya da zəiflətmək, bölgəyə hərbi qoşunlar yerləşdirmək, sülh və sabitlik təmin edici görünüşü altında Cənubi Qafqazı nəzarət altında saxlamaq planlanmışdı.
Digər hazırkı post sovet ölkələrində də analoji addımlar atılmışdı.
Ukraynaya 1950 ci illərdə Krım və Donbasa daxil bölgələr verilmiş , Gürcüstanda Abxaziya və Cənubi Osetiya muxtar vilayətləri , Moldovada Dnestryanı bölgəsi yaradılmışdı.
Məqsəd, SSRİ ə daxil bu bölgələrdə milli oyanış zamanı həmin bölgələrin separatçı meyillərindən istifadə edərək hərəkatların qarşısını almaq idi.
Xankəndi və digər Yuxarı Qarabağ şəhərlərində ermənilərin seperatçı meyilləri 1988 ci ildə başlayan Azərbaycan Milli hərəkatından az sonra güclənməyə başladı və 1988 ci ilin dekabrı şəhərdən sonuncu Azərbaycanlılar deportasiya edildi. Şəhər erməni seperatizminin əsas mərkəzinə və beyninə çevrildi.
SSRİ hakimiyyət dairələri erməni lobbisinin təsiri ilə qondarma Dağlıq Qarabağ vilayətinə müstəqillik vermək üçün hərəkətə keçir və Ermənistan SSR də paralel olaraq bu vilayətin özünə birləşdirilməsi üçün bəyanat yayır. Azərbaycan SSR isə bu qərarları tanımadığın bildirir və ərazimizin ilhaqının qarşısını alır. Lakin, erməni dairələri planlarının həyata keçmədiyini görərək hərbi yola əl atır və işğal prosesinə başlayır.
O vaxt SSRİ də yüksək vəzifə tutan Mərhum Prezident Heydər Əliyev Yuxarı Qarabağda seperatçı erməni hərəkatının qarşısının alınması, kəndlərimizin işğalına və Ermənistanın bu əraziləri ələ keçirməsinə mane olmaq üçün hərəkətə keçir.
Lakin, Onun bu addımlarından narahat olan Moskvadakı siyasi dairələr Heydər Əliyev üçün maneələr yaratmağa başlayır, Onun tutduğu vəzifəsindən kənarlaşdırırlar.
Beləcə, Azərbaycan İmperiya qarşısında siyasi müdafiəçisi olmadan tək qalır.
İlk olaraq Qarabağdakı Azərbaycanlılar yaşayan kəndlər işğal edilməyə, hücumlara məruz qalır.
1990 cı ildən isə xaricdən gələn erməni muzdlu qüvvələrinin vasitəsi ilə seperatizmin miqyası genişlənir və Qarabağın mərkəzi hissələrinin əhəmiyyətli hissəsi ermənilərin əlinə keçir.
1991 94 cü illərdə I Qarabağ müharibəsi nəticəsində Rusiyadan hərbi yardımlar alan Ermənistan və erməni seperatçılarının işğalları nəticəsində 20 faiz ərazilərimiz itirilir.
Xankəndi Stepenakertə çevrilir və Azərbaycan xalqının tarixi düşməni olan Şaumyanın adını daşıyan bu şəhərdə toplaşan erməni siyasi dairələri Qarabağı aşkar şəkildə Ermənistanın bir hissəsinə çevirmiş, növbəti işğallar üçün planlar qururdular.
2020 ci il sentyabrın 27 i növbəti dəfə Azərbaycana hücum etmək istəyib yeni ərazi işğalları planlaşdıran Ermənistan silahlı qüvvələrinə qarşı ordumuz qətiyyətli cavab hərəkətinə keçir və 44 günlük II Qarabağ savaşı başlayır. Həmin müddət ərzində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən tapdağı altında qalan doğma yurdumuzun azadlığı üçün böyük şücaət göstərərək tarix yazır.
10 noyabr 3 tərəfli sülhü ilə müharibə Azərbaycanın qələbəsi ilə başa çatır və Yuxarı Qarabağa Rusiya sülhməramlı qüvvələri yerləşdirilir. Lakin, həmin qüvvələrin başçıları aşkar şəkildə erməni separatçılarını müdafiə edir, seperatizmin bayrağının Xankəndidə olmasına icazə verir, erməni silahlı qüvvələrinin bölgəni tərk etməsi üçün heç bir addım atmır və bir sözlə, özlərinə Cənubi Qafqazda for post yaradırlar.
Moskvadan Xankəndiyə gələn Ruben Vardanyan isə seperatçıların əsas maliyyəçisi və başçısı olaraq Azərbaycana qarşı qara kompaniyaya başlayır.
Şübhə yox idi ki, o xaricdəki dəstəkçilərinin xüsusi tapşırığı ilə ora göndərilmiş və məqsədi Xankəndidə seperatizmi yenidən ayağa qaldırıb qondarma “Dağlıq Qarabağ” dövləti yaradaraq xarici himayəyə daxil olmaq, ardınca Azərbaycana qarşı provokasiya siyasətinə başlayaraq bölgəni həmin qüvvələrin nüfuz dairəsinə salmaq idi.
Azərbaycan və Türkiyə arasında dostluq, hərbi siyasi ittifaq bölgədə maraqları olan dairələrin planına zidd olduğu üçün Vardanyan kimilər xüsusi əhəmiyyət kəsb edirdi.
Erməni separatçıları tez tez guya blokadada olduqlarını, iqtisadi və humanitar böhran içində yaşadıqlarını dünya mediasında qələmə verir və plan isə Bakıya qarşı beynəlxalq təşkilatların sanksiyalarını və qətnamələrini tətbiq etdirmək idi.
Növbəti erməni təxribatlarına cavab olaraq 19 20 sentyabr keçirilən antiterror əməliyyatları ilə Xankəndi və Xocalı, Əsgəran, digər Yuxarı Qarabağ şəhərləri seperatçılardan azad edilərək Dövlətimizin suverenliyi tam bərpa edildi və Azərbaycan üçün planlanan məkrli planlar puça çıxdı.
Erməni əhaliyə qarşı humanist davranan ordumuzu və dövlətimizi dünyaya mənfi cür təqdim etmək istəyən separatçıların kütləvi köç ssenarisi ilə guya Azərbaycanlıların onlara qarşı humanitar fəlakət törətməsi oyunu da puça çıxdı. Çünki, Azərbaycan hadisələrin fonunda erməni əhaliyə qarşı humanist davranmış, onların Qarabağda bərabər hüquqlu formada yaşayacağını bəyan etmişdi.
Bu gün artıq Xankəndidə və bütün Qarabağda Azərbaycan bayrağı dalğalanır.
Bu qələbənin qazanılmasına görə canından keçən Şəhidlərimizə Allah rəhmət eləsin, Qazilərimizə can sağlığı versin. Tanrı Ordumuzu və Dövlətimizi qorusun
İsa İsmayılzadə, siyasi şərhçi