Misli Premyer Liqasının V turu Qismət Alıyev üçün əlamətdar olub.
Offsideplus.az xəbər verir ki, 28 yaşlı futbolçu "Zirə"nin heyətində 150-ci çempionat oyununu keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Azərbaycan yığmasının üzvü 150 oyunda 12 qol vurmağı bacarıb.
Qismətin klubdakı debütü 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasına (1:2) təsadüf edib.
Qeyd edək ki, o, Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.