AZ

Bakıda Formula-2 sprint yarışının qalibi bəlli oldu

Bakıda keçirilən “Formula 2” üzrə Azərbaycan Qran-Prisinin sprint yarışı yekunlaşıb.

90deqiqe.Az-ın məlumatına görə, “Hitech TGR” komandasının pilotu Dino Beqanoviç bütün rəqiblərini qabaqlayaraq qələbə qazanıb. Onun komanda yoldaşı Luk Brouninq ikinci yeri tutub. “Rodin Motorsport”dan Aleks Dann isə yarışı üçüncü pillədə başa vurub.

Xatırladaq ki, ötən gün keçirilən sərbəst yürüşdə Aleks Dann, sıralama turunda isə “Dams Lukas Oil”in sürücüsü Cek Krouford birinci olmuşdu.

Azərbaycan Qran-Prisi sentyabrın 21-də başa çatacaq.

Seçilən
26
90deqiqe.az

1Mənbələr