AZ

Qızıl top mükafatını təqdim edəcək məşhur futbolçunun adı açıqlandı

Oxu.az saytından alınan məlumata görə, ain.az bildirir.

Braziliya yığması və "Barselona" komandasının keçmiş ulduz futbolçusu Ronaldinyo Qauço 2025-ci il "Qızıl top" mükafatını mövsümün ən yaxşı oyunçusuna təqdim edəcək.

Oxu.Az bildirir ki, bu barədə COPE-nin jurnalisti Dani Hil "X" sosial şəbəkə hesabında yazıb.

Məlumata görə, Ronaldinyo 2005-ci ildə "Qızıl top"u qazanmasının 20 illiyi münasibətilə bu şərəfə layiq görülüb.

Xatırladaq ki, mükafat tarixdə dördüncü dəfə təqvim ilinin deyil, mövsümün nəticələrinə (2024-cü il avqustun 1-dən 2025-ci il iyulun 13-nə kimi) əsasən təqdim olunacaq.

Qeyd edək ki, "France Football" jurnalının təşkil etdiyi mükafatlandırma mərasimi sentyabrın 22-də Parisdəki "Teatr dü Şatle"də baş tutacaq.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
oxu.az

1Mənbələr