AZ

Paşinyanın sonrakı hakimiyyətə saxlayacağı miras – Ter-Petrosyan niyə “tüstülənir”?

Kapitulyant Ermənistanda sülh və müharibə tərəfdarları arasında rəqabət axırıncı həlledici mərhələsinə girib. Yeganə pozitiv budur ki, birincilər hakimiyyətdədir və ictimai dəstəkləri güclü olmasa da, radikal-revanşist müxalifətdən aşağı da deyil, yuxarıdır.

Gözlənilən idi. Ağ Evdəki 8 avqust anlaşmalarından, o sırada sülh sənədinin paraflanması və Zəngəzur dəhlizi ilə bağlı ortaq razılıqdan sonra "böyük ermənistan" xəyalpərəstlərinin hərəkətə keçməsi qətiyyən təəccüblü deyil. Kilsə və xaricdəki lobbi də daxil, indi bu xəstə başları bir məsələ düşündürür: Paşinyan iqtidarını necə iqtidardan salmaq ki, sülh müqaviləsinin imzalanması mümkün olmasın...

"Mən Ermənistanın növbəti hakimiyyətinə həsəd aparmıram. Nədən ki, Paşinyan o qədər çətin miras qoyub ki, ondan xilas olmaq praktiki olaraq mümkün deyil".

Bunu sabiq prezident Levon Ter-Petrosyan hazırkı hökumətin apardığı siyasəti şərh edərkən bildirib.

Birincisi, əslində bu bir etirafdır ki, baş nazir Nikol Paşinyan geridonməz müsbət bir prosesin başlanğıcını qoyub. "Dəmir yumruq"dan və 1 günlük antiterror əməliyyatından sonra da olsa...

İkinci yandan elədirsə, yəni "Paşinyanın mirasından qurtulmaq mümkün olmayacaqsa", onda hakimiyyət dəyişikliyi üçün "yaxa cırmağa" nə gərək? Zavallı ermənilər üzərində "təcrübə dovşanları" kimi daha nə qədər eksperiment aparılacaq? Hərçənd düşdükləri acınacaqlı vəziyyətə görə ən çox erməni toplumu özü günahkardır.

Nəhayət, Nikol Paşinyanın özündən sonrakı hakimiyyətə saxlayacağı miras doğrudanmı ağır olacaq, yoxsa yüngül? Sözsüz ki, yüngül, əgər erməni toplumu sağlam məntiqlə düşünməyi öyrənsə və ya bacarsa. Niyə?

Çünki bu bədniyyətli xalqın təhlükəsiz və dinc inkişafına ən böyük maneə - "Dağlıq Qarabağ konflikti" artıq tarixdə qalıb. Bunun mükafatı olaraq isə Ermənistan heç vaxt olmadığı qədər qonşu Azərbaycan və Türkiyə ilə barışığın bir addımlığına gəlib. Sərhədlərin uğurlu delimitasiyası başlayıb və davam edir. Həmsərhəd bölgələrdə bir ilə yaxındır tam sakitlikdir. Paşinyanın bu gün söylədiyi kimi, 1 il 7 aydır sərhəddə bir erməni də öldürülməyib.

Belədirsə, o zaman sonrakı hakimiyyətə həsəd aparılmalıdır ki, işi xeyli asanlaşacaq. Di gəl, bir ayağı burda, bir arağı gorda olan, azərbaycanlıların etnik təmizlənməsi ilə fəxr edən Levon Ter-Petrosyan (məşhur videonu yada salın) tam əksini zənn edir, öz millətinə düz yolu göstərmək, ona şad xəbər vermək əvəzinə, öz soydaşlarında gələcəklə bağlı xof yaratmağa çalışır. Ona görə ki, zatı murdardır, irqçi-faşist düşüncəsindən, "miatsum" virusundan qurtulmayıb. Bir çox digər xəstə təfəkkürlü revanşist-radikallar kimi...

Bu mənada çox vacibdir ki, erməni cəmiyyəti avantüristlərin yox, yenə Paşinyanın arxasınca getsin. "Müharibə partiyası"na seçkilərdə yerini göstərsin. Çünki bu, həm də sülhlə yeni savaş arasında son seçim olacaq. O səbəbə "son" ki, növbəti müharibədən Ermənistan adlı qondarma dövlət, sadəcə, çıxmaya bilər.

Ümid edək ki, erməni xalqı bir daha yanlış seçim etməyəcək. Hər halda bu, ən əvvəl onun özünün xilası üçün lazımdır. Odur ki, nə qədər gec deyil, olanın - "real Ermənistan"ın qədrini bilsinlər. Paşinyan hardasa haqlıdır deyəndə ki, "Qarabağı itirib Ermənistanı qazanmışıq".

Çox istəyən azdan da olur. Necə ki, vaxtilə Bakının "Dağlıq Qarabağa" ən yüksək muxtariyyət vermək təklifini işğalçı tərəf illərlə qulaqardı eləmişdi, böyük sülh qarşılığında Bakı-Ceyhan neft xəttini Ermənistandan keçirmək çağırışını "biz Qarabağı boruya dəyişmirik" kimi ədabaz reaksiya vermişdilər. Sonrası məlum...

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
1
olaylar.az

10Mənbələr