AZ

Suriya ilə Türkiyə arasında yükdaşıma prosedurlarının asanlaşdırılması müzakirə olunub

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Qahirə, 20 sentyabr, AZƏRTAC

Suriya ilə Türkiyə arasında yükdaşımaların qarşılıqlı hərəkətini asanlaşdırmaq və avtomobil nəqliyyatı sahəsində əməkdaşlığın gücləndirilməsi mexanizmləri müzakirə edilib.

AZƏRTAC SANA informasiya agentliyinə istinadla xəbər verir ki, bu məsələlər Suriyanın nəqliyyat naziri Yaarəb Bədr ilə Türkiyə Daşıma Şirkətləri İttifaqının (UND) nümayəndə heyəti arasında Dəməşqdə keçirilən görüşün əsas mövzuları olub.

Suriyalı nazir tərəflər arasında nəqliyyatın fasiləsizliyini təmin edəcək bir mexanizmin işlənib hazırlanmasının vacibliyini vurğulayıb. O, sərhəd-keçid məntəqələrində prosedurların sadələşdirilməsinin yükdaşımaların sürətləndirilməsinə kömək edəcəyini bildirib.

Türkiyə nümayəndələri isə yüklərin Suriyadakı ünvanlara çatdırılmasındakı maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayıblar. Qeyd edilib ki, Türkiyədən gündəlik olaraq təxminən 400 yük maşınının Bab əl-Həva sərhəd-keçid məntəqəsində yükləri Suriyadakı yük maşınlarına təhvil verilir. Onlar yük maşınlarının birbaşa Suriya və Türkiyə ərazisinə daxil olmasına imkan verəcək mexanizmin qəbul edilməsinin zəruriliyinə diqqətə çatdırıblar. Hər iki tərəf birgə əməkdaşlığın ticarət mübadiləsini artıracağına və iki ölkə arasında logistika hərəkətini asanlaşdıracağına ümidvar olduqlarını ifadə ediblər.

Bildirilir ki, quru nəqliyyatı Suriya və Türkiyə arasındakı ticarət mübadiləsinin əsas dayağını təşkil edir.

Şıxəli Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Qahirə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
1
azertag.az

2Mənbələr