AZ

Ruanda Prezidenti: Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər

 Ruandanın sistemi "ASAN xidmət" modelindən çox faydalana bilər.

Adalet.az xəbər verir ki, bunu Ruanda Prezidenti Pol Kaqamen Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata birgə bəyanatı zamanı deyib.

O bildirib ki, Azərbaycanın ərsəyə gətirdiyi dövlət xidmətlərinin göstərilməsi mexanizmi olan "ASAN xidmət"in necə işlədiyinin şahidi olmağını səbirsizliklə gözləyir:

"Bizim sistem "ASAN xidmət" modelindən çox faydalana bilər. Mənə deyilənə görə, bu sistem, sadəcə, görünüşünə görə yox, hansı nailiyyətləri əldə etməsi və insanlara nəyi verməsi baxımından çox böyük təsir bağışlayır. Biz bu sistemin gücləndirilməsini təmin etmək istəyirik".

Seçilən
35
2
adalet.az

3Mənbələr