AZ

Azərbaycan Həndbol Federasiyası “Top Təşkilatçılıq Sertifikatı” ilə təltif olunub

Avropa Həndbol Federasiyası (EHF) Azərbaycan Həndbol Federasiyasını (AHF) beynəlxalq yarışların yüksək səviyyədə təşkili və peşəkar idarəçiliyinə görə xüsusi "Top Təşkilatçılıq Sertifikatı" ilə təltif edib.

90deqiqe.Az-ın məlumatına görə, bu mükafat Azərbaycanın idman sahəsində artan nüfuzunun və təşkilati bacarıqlarının Avropa miqyasında tanındığının göstəricisidir.

Sertifikat, ölkəmizdə keçirilən beynəlxalq turnirlərin həm təşkilati, həm də texniki baxımdan Avropa standartlarına tam cavab verdiyini sübut edir.

AHF bildirib ki, bu mükafat gələcəkdə daha böyük beynəlxalq turnirlərin ölkəmizdə təşkilinə yeni imkanlar açacaq və idman ictimaiyyətində Azərbaycanı etibarlı tərəfdaş kimi möhkəmləndirəcək.

Seçilən
0
1
90deqiqe.az

2Mənbələr