AZ

"Litvanın müdafiə naziri öz peşəsi ilə məşğul olsa yaxşı olar" - Zaxarova

"Litvanın müdafiə naziri Dovile Şakaliene psixologiya sahəsində özünü doğruldacaq"

"Unikal" xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova TASS-a müsahibəsində deyib.

"Psixologiya mütəxəssisi öz fobiyalarının öhdəsindən gəlməkdə təcrübə nümayiş etdirdi. Hüquq psixologiyası üzrə magistr dərəcəsinə öz sahəsində uğurlar arzulayırıq", - Rusiya diplomatik xidmətinin sözçüsü Litva müdafiə nazirinin şərhlərinə cavab olaraq bildirib.

Xatırladaq ki, bundan əvvəl Litvanın müdafiə naziri NATO qüvvələrinin Rusiya qırıcılarını məhv etmə ehtimalı ilə bağlı açıqlama verib. Sentyabrın 20-də litvalı nazir bəyan edib ki, Estoniyanın hava məkanında Rusiya təyyarələri ilə insident Şərq Qvardiyasının layihəsinin sürətlə həyata keçirilməsinin zəruriliyini nümayiş etdirib.

Onu da qeyd edək ki, xanım nazir 2001-ci ildə Vilnüs Universitetinin Fəlsəfə fakültəsində psixologiya üzrə bakalavr dərəcəsi alıb. 

Seçilən
37
5
unikal.az

9Mənbələr