AZ

Qurban Qurbanovdan yaxın dostuna JEST! - VİDEO

«Qarabağ»ın baş məşqçisi Qurban Qurbanovun sosial şəbəkələrdə yayılan videosu böyük maraq doğurub.

Görüntülər «Ferensvaroş»la Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunundan sonra qeydə alınıb.

Belə ki, Macarıstan klubunu yarışdan uzaqlaşdıran «köhlən atlar»ın çalışdırıcısı dramatik matçı «skybox»dan izləyən Rəşad Sadıqovu diqqətdən kənarda saxlamayıb.

O, meydanın ortasında dayanaraq, «Zirə»nin başında dayanan yaxın dostunu salamlayıb.

Sadıqov da bu jesti cavabsız buraxmayıb. «Qarabağ»ın qələbəsinə necə ürəkdən sevindiyini aşkar surətdə nümayiş etdirib.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Seçilən
31
sportinfo.az

1Mənbələr