AZ

Nazir müavini: "Keçirilən tədbirlər, bütün ərazilərdə olduğu kimi, Xankəndidə də mədəniyyətin yenidən dirçəlməsinə səbəb olacaq"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Bu gün Xankəndidə Şəhər Günü münasibətilə Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəliyinin birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilir.
Oxu.Az xəbər verir ki, tədbir çərçivəsində Qarabağ Universitetində Şərqdə ilk operanın yaradıcısı, böyük musiqişünas-alim Üzeyir Hacıbəyovun Azərbaycan musiqisinin şah əsərlərindən sayılan "Arşın mal alan" operettası tamaşaya qoyulub. Qarabağ Universitetində təşkil edilən bu tədbir həm də Xankəndinin azadlıqdan sonra bərpa olunan mədəni həyatının bariz nümunəsi kimi yadda qalıb.
Onu da qeyd edək ki, 2025-ci ilin sentyabr ayında Üzeyir Hacıbəyovun 140 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti sərəncam imzalayıb.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, tədbirə Xankəndi Konqres Mərkəzində "Qarabağ - obyektivdən tarixə" adlı fotosərgi ilə start verilib:
"Sərgidə Qarabağ və Şərqi Zəngəzurda tariximizi və təbiətimizi əks etdirən fotolar nümayiş olunub. Eyni zamanda, Azərbaycan Dövlət Akademik Musiqili Dram teatrının ifasında Üzeyir Hacıbəyovun "Arşın mal alan" operettası nümayiş olunub ki, bu da əlamətdar hadisədir. Çünki bu il həm də dövlət başçısını sərəncamı ilə dahi bəstəkarın 140 illiyi qeyd edilir. Tədbir isə konsert proqramları ilə davam edəcək. Əvvəlcə uşaq incəsənət festivalının 2023-cü il qaliblərinin çıxışı ilə konsert proqramı təşkil olunub, daha sonra tanınmış mədəniyyət xadimlərinin iştirakı ilə konsert proqramı davam edəcək".
"Bu gün bir neçə tarixi əlamətdar hadisə ilə üst-üstə düşür. İki il əvvəl dövlət başçısının rəhbərliyi ilə şanlı ordumuzun bütün ərazilərimizdə dövlət suverenliyini bərqərar etməsi, həmçinin bu günün Dövlət Suverenliyi Günü kimi təsdiq edilməsi. Təbii ki, bu ilin cənab Prezident tərəfindən "Konstitusiya və Suverenlik İli" elan edilməsi ilə əlaqədar keçirilən tədbirlər, bütün ərazilərdə olduğu kimi, Xankəndidə də mədəniyyətin yenidən dirçəlməsinə səbəb olacaq", - deyə nazir müavini fikrini tamamlayıb.
Mərahim Nəsib
Seçilən
51
50
oxu.az

10Mənbələr