AZ

Qazaxıstan və Qırğızıstan sərhədindəki iki buraxılış məntəqəsinə beynəlxalq status veriləcək

Astana, 20 sentyabr, AZƏRTAC

Qazaxıstan Qırğızıstanla sərhəddə yerləşən buraxılış məntəqələri ilə bağlı protokolun ratifikasiyasına hazırlaşır.

AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, müvafiq qanun layihəsi Qazaxıstan Respublikasının Nəqliyyat Nazirliyi tərəfindən təqdim olunub.

“Kamışanovka” buraxılış məntəqəsi yeni ad alacaq — “Aksu” (Qazaxıstan) – “Tömönkü-Çüy” (Qırğızıstan). Onun fəaliyyəti sutkalıq rejimə keçiriləcək. Bundan əlavə, “Kamışanovka” və “Besaqaş” məntəqələrinin statusu dəyişdirilərək ikitərəfli deyil, çoxtərəfli beynəlxalq buraxılış məntəqəsi olacaq.

Sənədin ratifikasiyası tranzit-nəqliyyat potensialının genişlənməsinə, iki ölkə arasında ticarət-iqtisadi əlaqələrin möhkəmlənməsinə və digər avtomobil buraxılış məntəqələrindəki yüklənmənin azalmasına imkan verəcək.

Beynəlxalq müqavilənin imzalanmasından sonra nəticələrin bir il ərzində hiss olunacağı gözlənilir.

Elşən Rüstəmov

AZƏRTAC-ın xüsusi müxbiri

Astana

Seçilən
12
1
azertag.az

2Mənbələr