Azərbaycan paracüdoçumuz İlham Zəkiyev Avropa çempionu olub.
Bakıvaxtı.az xəbər verir ki, təmsilçisimiz (J1, +95 kq) kateqoriyasının finalında moldovalı İon Basocu ipponla məğlub edib.
O, 1/4 finalda moldovalı Oleg Cretulu, yarımfinalda isə türkiyəli Gökhan Biceri üstələmişdi.
Bununla da İlham Zəkiyev karyerasında 9-cu dəfə Avropa çempionu olub.