AZ

Azərbaycanı dünya çempionatında təmsil edəcək CÜDOÇULAR

Oktyabrın 5–7-də Perunun paytaxtı Limada keçiriləcək cüdo üzrə gənclər dünya çempionatında iştirak edəcək Azərbaycanın cüdo üzrə U-20 yığma komandasının heyəti müəyyənləşib.

İdman.biz xəbər verir ki, idmançılarımız yarışa Rüstəm Alimlinin (oğlanlar) və Amina Abdellatifin (qızlar) rəhbərliyi altında qatılacaqlar.

Çempionatda Azərbaycanı 8 cüdoçu - Nihad Məmişov, Fərid Qarayev (60 kq), Maqomed Musayev, Nizami İmranov (66 kq), Süleyman Şükürov (81 kq), Ramazan Əhmədov (+100 kq), Aydan Vəliyeva, Xədicə Qadaşova (hər ikisi 52 kq) təmsil edəcək.

Qeyd edək ki, dünya çempionatında 70-ə yaxın ölkədən təxminən 500 cüdoçu mübarizə aparacaq.

İdman.biz

Seçilən
18
idman.biz

1Mənbələr