AZ

Qismət Alıyev “Zirə”də 150-ci çempionat oyununu keçirdi

Futbol üzrə Azərbaycan Premyer Liqasının 2025/2026 mövsümünün 5-ci turu “Zirə”nin müdafiəçisi Qismət Alıyev üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, 28 yaşlı futbolçu paytaxt təmsilçisinin heyətində 150-ci çempionat oyununu keçirib.

Yubileyi “Şamaxı” ilə görüşə (2:1) təsadüf edən Alıyev 150 oyunda 12 qola imza atıb. Qismətin klubdakı debütü 2020/2021-ci illər mövsümündə baş tutub. O, 2020-ci il oktyabrın 18-də “Sumqayıt”la səfər qarşılaşmasında (1:2) 90 dəqiqə meydanda olub.

Qeyd edək ki, Qismət Azərbaycan çempionatları tarixinə eyni klubda ən azı 150 oyun keçirən 62-ci futbolçu kimi düşüb.

Qismət Alıyev “Qəbələ”nin yetirməsidir. O, 2020-ci ildən “Zirə”nin uğurları üçün çalışır. Müdafiəçi qəsəbə təmsilçisinin heyətində bütövlükdə 181 oyun keçirib, 14 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Alıyev 2022-ci ildən formasını geyindiyi Azərbaycan yığmasında da 15 oyun keçirib.

error: Məzmun qorunur!
Seçilən
32
49
arena.az

10Mənbələr