AZ

Zaxarovadan Türkiyəni misal çəkən nazirə ilginc REAKSİYA

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Litvanın müdafiə naziri Dovile Şakalen psixoloq işinə qayıtmalı və bu sahədəki potensialını dəyərləndirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

O, nazirin Rusiya qırıcılarının NATO qüvvələri tərəfindən vurulması ehtimalı ilə bağlı şərhinə belə cavab verib:

“Hüquq psixologiyasının ustadına öz sahəsində uğurlar arzulayırıq”.

Bundan əvvəl Litvanın müdafiə naziri Dovile Şakalen Estoniya hava məkanında Rusiya hərbi təyyarələrinin iştirakı ilə baş verən insidentə münasibət bildirmişdi.

“NATO-nun şimal-şərq sərhədi heç də təsadüfən sınaqdan keçirilmir. Türkiyə 10 il əvvəl nümunə göstərdi. Düşünmək üçün əsas var”, – deyə o qeyd etmişdi.

Xatırladaq ki, 2015-ci ilin noyabrın 24-də Türkiyənin F-16 qırıcısı Suriya istiqamətindən hava sərhədini pozan Rusiyanın Su-24-nü vurmuşdu.

Bir neçə gün əvvəl Rusiyaya məxsus PUA-lar Polşa və Rumıniya hava məkanına daxil olub. Ötən gün isə Rusiya qırıcıları Estoniya və Polşa hava sərhədini pozub.

Əliyar Xəlil

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
42
globalinfo.az

1Mənbələr