AZ

Qusarda sərxoş çoban həmkəndlisinin boğazını kəsdi - Dəhşətli cinayətin TƏFƏRRÜATI

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Qusar rayonunda çoban həmkəndlisinin boğazını kəsib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Aşağı İmamqulukənd kəndində yerləşən örüş sahəsində baş verib.
Kənd sakinləri Amil Məmmədov və Murad Ağakişiyev qoyun otaran zaman həmkəndliləri Murad Sərkərovla rastlaşırlar. Onlar Murada yemək təklif edirlər. Yemək zamanı spirtli içki qəbul edirlər.
Üç litr spirtli içki qəbul edəndən sonra M.Sərkərov Amillə söyüşlə zarafat edir. Amil də sərxoş olduğundan aralarında mübahisə baş verir. Amil Muradı yıxaraq, bıçaqla onun boğazını kəsir. M.Atakişiyev hadisəyə müdaxilə edərək bıçağı Amilin əlindən alır və onun Muradı öldürməsinə mane olur.
Hadisə yerinə polis əməkdaşları gəlirlər və A.Məmmədov saxlanılır.
Faktla bağlı cinayət işi başlanır və A.Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilir.
Yaralı Murad Sərkarov isə xəstəxanaya çatdırılaraq əməliyyat olunur.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsində A.Məmmədova hökm oxunur. Məhkəmənin hökmü ilə A.Məmmədov 7 il 10 ay 15 gün müddətinə azadlıqdan məhrum edilir.
Samir Əli
Seçilən
15
oxu.az

1Mənbələr