AZ

Liderlərin geniş tərkibdə görüşü olub - YENİLƏNİB

Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

Adalet.az xəbər verir ki, görüşdə dövlət başçıları Azərbaycan ilə Ruanda arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu qeyd etdilər, ölkələrimizin iqtisadi-ticari, mədəni, humanitar sahələrdə də əməkdaşlığının buna uyğun surətdə inkişaf etirilməsinin zəruriliyini vurğuladılar. Bu xüsusda ölkələr arasında energetika, kənd təsərrüfatı, turizm, tələbə mübadiləsi və “ASAN Xidmət” təcrübəsinin Ruandada tətbiq olunması məsələlərinə dair fikir mübadiləsi aparıldı.

    Söhbət zamanı, həmçinin Azərbaycanla Ruanda arasında ikitərəfli hüquq-müqavilə bazasının genişləndirilməsi məsələsinə toxunuldu.

     

    ***14:36

    Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ruanda Respublikasının Prezidenti Pol Kaqame ilə nahar əsnasında geniş tərkibdə görüşü olub.

    Adalet.az xəbər verir ki,  bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb. 

    Seçilən
    49
    22
    adalet.az

    10Mənbələr