AZ

“İmişli” ilk darmadağınla 54-cü oldu

Futbol üzrə Azərbaycan çempionatının debütantlarından olan “İmişli” Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, bu, 2025/2026-cı illər mövsümünün 5-ci turunun “Karvan”la matçına təsadüf edib.

Xorxe Kaskilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb. İndiyə qədər çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.

Xatırladaq ki, “Karvan” da Premyer Liqada ikinci böyükhesablı məğlubiyyətini alıb.

error: Məzmun qorunur!
Seçilən
21
7
arena.az

10Mənbələr