AZ

Ruanda Prezidenti “ASAN Xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub

Bakı. Trend:

Sentyabrın 20-də Ruanda Respublikasının Prezidenti Pol KaqameBakıda “ASAN xidmət” mərkəzinin fəaliyyəti ilə tanış olub.

Trend xəbər verir ki,Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmətvə Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri ÜlviMehdiyev ali qonağa Prezident İlham Əliyevin təşəbbüsü əsasındayaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalaristiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumatverib.

Ruanda Prezidentinə “ASAN xidmət” modeli ilə bağlı təqdimatedilib. Milli brendimiz olan ASAN-ın intellektual məhsul kimiixracı istiqamətində 30-dan çox ölkə və beynəlxalq təşkilat iləmüqavilə imzalandığı diqqətə çatdırılıb.

Həmçinin vurğulanıb ki, Birləşmiş Millətlər TəşkilatıAzərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN Xidmət”konsepsiyasını ən yaxşı model kimi dəyərləndirir və dörd qitədətəşviq edir.

“ASAN Xidmət” təcrübəsinin Ruanda tərəfi ilə paylaşılmasıməqsədilə əməkdaşlıq əlaqələri 2024-cü ilin noyabr ayında COP29-daiştirak etmək üçün ölkəmizdə səfərdə olmuş Ruanda Prezidenti iləAzərbaycan Prezidenti arasında keçirilən görüşün yekunlarına əsasənqurulub.

Bu çərçivədə cari ilin iyun ayında Dövlət Agentliyi iləRuandanın müvafiq qurumu arasında Anlaşma Memorandumuimzalanıb.

Məqalədə:
Seçilən
21
31
az.trend.az

10Mənbələr