AZ

Pezeşkian: Nüvə obyektlərimizi vursalar, yenilərini tikəcəyik

“Dünən gecə İrana qarşı “tətik mexanizmi”ni bərpa etmək üçün görüş keçirdilər, bəs yolumuzu kəsə bildilərmi? Yolu tapan və onu açan beyinlər və ideyalardır”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.

“Buna inanmalıyıq. Onlar bizi dayandıra bilməzlər. Onlar Natanz və Fordou (İranın nüvə obyektlərini) vura bilərlər, amma onlar Natanzı tikən və yenidən quracaq insanların olmasından xəbərsizdirlər”, - Pezeşkian qeyd edib.

Xatırladaq ki, BMT Təhlükəsizlik Şurası dünən İrana qarşı sanksiyaları qüvvədə saxlayan qərar qəbul edib.
Seçilən
33
9
sherg.az

10Mənbələr