AZ

QHT sektorunda islahatlar transformativ mahiyyətədir və artıq geridönməz hal alıb

Newscenter.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

17-18 sentyabr 2025-ci il tarixlərində Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2026-cı il üzrə qrant müsabiqələri ilə əlaqədar infosessiyalar keçirdi. Bakı Konqres Mərkəzində keçirilən infosessiyalar QHT sektorunda keyfiyyət dəyişikliyini, pozitiv əhaval-ruhiyyəni, işgüzar ab-havanı nümayiş etdirdi. QHT sektorunda peşəkarlığın artırılması təşəbbüsləri, Agentlik tərəfindən qrant maliyyələşdirilməsi mexanizmlərinin, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, şəffaflığın təmin edilməsi, qeyri-sağlam üsul və metodların tamamilə sırdan çıxarılması, obyektiv münasibət öz bəhrəsini verir. İnfosessiyalar bilgi, fikir mübadiləsi, aktual məsələlərin müzakirəsi, planlaşdırma aspektlərinə həsr olunur, maraqlı təkliflər, tövsiyyələr, müsbət nümunələr ön plana çıxır. Həmçinin, qeyd etmək vacibdir ki, qısa müddət ərzində daha yaxşı layihə təklifləri verilməsi, daha ambisiyalı, orjinal layihələr həyata keçirilməsi, daha yaxşı icra edilməsi, layihə icrasına məsuliyyətlə yanaşma QHT-lərin əsas prioritetinə çevrilib. QHT-lər, xüsusən regionlarda keçirilən tədbirlərdə artıq öz benefisiarlarına özləri çıxış əldə edirlər. Əksər hallarda, heç kim onlar üçün auditoriya yığmır, və hədəf qrupundan kənar insanlar iştirakaçı kimi cəlb edilmir. Əksəriyyət hallarda QHT-lər heç bir qruma minnətçi düşüb zal, yer, məkan, iştirakçı xahiş eləmir, daha formal icra, “yəni şəkil çəkdirək, gedək” minumum səviyyədədir. Ekspertlərin, məruzəçilərin formal iştirakı halları, telefonla, yaxud digər kustar üsullarla sənədli film çəkmək, şəkillərdən videoçarx yığmaq təcrübəsinə də əsasən son qoyulub. Çox sayda orjinal, ictimai həyatda, müxtəlif sahələrdə, tarixi irsin öyrənilməsi, sağlamlığın qorunması, ictimai iştirakçılıq, Qərbi Azərbaycana qayıdış, maarifləndirmə məsələləri ilə əlaqədar hadisə sayılacaq layihələr icra edilir. Beynəlxalq əməkdaşlıq sahəsində layihələrin icrasında sıçrayış var, desək mübağiləsiz olar. Milli QHT Forumunun təşəbbüsü ilə Qlobal Cənub QHT Platformasının yaradılması ambisiyaları artırıb, yeni perespektiv açıb. Artıq müsabiqə şərtlərində də bu ambisiya özünü göstərir. Həmçinin, ayrı-ayrı nümunələr, məsələn ölkəmizin təcrübəsində ilk dəfə “Qarabağ İtkin Ailələri” İB-in Cenevrədə BMT-nin Avropa ofisinin qarşısında aksiya keçirməsi, yaxşı nümunələr yaradır və ruhlandırır. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təlim proqramları da öz real nəticələrini verir. Bu il QHT-lərin Vl İnkişaf və Mübadilə Proqramı” üzrə təlimlər 18-19 oktyabr 2025-ci il tarixlərində Şuşa şəhərində keçiləcək. Bu təlimlər artıq QHT sektorunda peşəkarlığın artırılmasında əsas alətə çevirilib. Milli QHT Forumunun təşəbbüslərin reallaşdırılmasında verdiyi dəstək, metodiki dəstək potensialı gücləndirir və QHT-lər üçün yeni imkanlar açır. Ən başlıcası QHT-lər əlaqədar qurumların səmimi münasibətini, peşəkar, obyektiv yanaşmasını real görürlər. Agentliyin hər il təşkil etdiyi QHT-lərin Əməkdaşlıq Forumu isə aktual probelemlərin, perespektivin, çağırışların əsas müzakirə, ideya mübadiləsi, kommunikasiya platformasına çevirilib. Bu formatda müzakirələr ümumi dəyərləndirmə aparmağa, nəbzi tutmağa, sabaha ümumi baxışı müəyyənləşdirməyə, ideyaları toplmağa fürsət verir, sektorda sinergiya yaradır.Əlbətdə, çətinliklər də qalmaqdadır, formal layihələr azalsa da imitasiya halları qalır, yəni məqsəd qalır arxa planda qalr, amma sırf forma baxımından iş görülür. Ənənəvi mövzular, fəaliyyətlər, məkanları əhatə edən layihə təklifləri yenə az deyil. Layihələrə gerçək mütəxəssislərin cəlb olunması problemi var və ciddidir. Daha asan və sadə həyata keçirilə biləcək layihələrə üstünlük verənlər azalır, amma bu problem kimi qeyd edilməlidir.Ümumiləşdirsək, deyə bilərik ki, QHT sektorunda islahatlar transformativ mahiyyətədir və artıq geridönməz hal alıb. Zaman keçdikcə poztiv təsir daha qabarıq hiss olunur.Zaur İbrahimli, Milli QHT Forumunun İdarə Heyətinin üzvü

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
newscenter.az

2Mənbələr