AZ

"Formula 1" daha 5 il ölkəmizdə keçiriləcək

Qurumun rəsmi saytından AzVision.az -a verilən məlumata əsasən, ötən il keçirilən yarış 70-dən çox ölkədən azarkeşi qarşılayıb və 66 milyondan çox qlobal televiziya tamaşaçısını cəlb edib.

İndiyədək təşkil olunan səkkiz yarışda yeddi fərqli qalibi olan Azərbaycan Qran-prisi "Formula 1" təqviminin ən mübarizəli yarışlarından birinə çevrilib. Meksikalı Serxio Peres Bakıda iki dəfə qalib gələn yeganə pilotdur. Hazırkı pilotlardan üçü – Lüis Hemilton, Maks Ferstappen və Oskar Piastri Bakıda qələbə qazana biliblər.

Rəsmi imzalanma mərasimində gənclər və idman naziri Fərid Qayıbov, "Formula 1"in prezidenti Stefano Domenikalı və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin baş direktoru Maqsud Fərzullayev iştirak ediblər.

Cari Azərbaycan Qran-prisinə sentyabrın 21-də yekun vurulacaq.

AzVision.az
Seçilən
12
13
azvision.az

10Mənbələr