AZ

Valideynlərə XƏBƏRDARLIQ - Süni intellektlə böyüyən uşaqlarda potensial fəsadlar üzə çıxdı

Son illərdə uşaqların təhsil və əyləncə üçün süni intellekt (AI) texnologiyalarından geniş istifadəsi artıb. Ekspertlər bildirir ki, AI uşaqlar üçün faydalı olsa da, bəzi mənfi təsirlərdən xəbərdar olmaq vacibdir.

BAKU.WS xəbər verir ki, uşaqların AI ilə sıx təmasda olmaları onların təhsilini dəstəkləyə, dil və məntiq bacarıqlarını gücləndirə bilər.

Eyni zamanda, bu texnologiya uşaqlara istənilən mövzuda cavab tapmaq imkanı yaradaraq öyrənməyə həvəsləndirir.

Lakin mütəxəssislər valideynləri xəbərdar edir ki, həddindən artıq AI istifadəsi sosial bacarıqların zəifləməsinə, yaradıcı düşüncənin azalmasına və emosional asılılığa səbəb ola bilər. Həmçinin, süni intellektin hər zaman doğru cavab verməməsi uşaqlarda yanlış biliklərin formalaşmasına gətirib çıxara bilər. Uzun müddət ekran qarşısında qalmaq isə görmə və sinir sistemi üzərində yük yarada bilər.

Ekspertlər vurğulayır ki, AI uşaqlar üçün zərərli deyil, amma dozalı istifadə və valideyn nəzarəti vacib şərtdir. Uşaqların texnologiya ilə tanışlığı planlı və ölçülü olarsa, həm əyləncəli, həm də faydalı ola bilər.

Seçilən
48
far.az

1Mənbələr